Menu

DOLLAR YENİDƏN BAHALAŞDIRILDI - Yeni məzənnə

28.11.2016, 17:36

dollar_exchange_290114Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 29-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi bu günlə müqayisədə 0,3% artaraq 1,7246 səviyyəsində müəyyən olunub. Xatırladaq ki, bu gün dollar 1,7196 manata bərabər olub.

Qeyd edək ki, bu gün Azərbaycanda fəaliyyət göstərən banklarda daha 3-ü valyuta satışını dayandırıb. Fins.az-ın araşdırması göstərdi ki, bu gün “Bank Avrasiya”, “Bank Silk Vey” və “Rabitabank” dollar satmaqdan imtina edib. Xatırladaq ki, həmin banklar ötən həftə ABŞ valyutasını limitlə satırdı.

Beləliklə, dollar satmayan bankların sayı 26-sa çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol