Menu

Pərviz Müşərrəfin həbsinə order verilib

28.11.2016, 20:09
Pərviz Müşərrəfin həbsinə order verilib

Pakistanın Bəlucistan əyalətinin məhkəməsi ölkənin keçmiş prezidenti Pərviz Müşərrəfin həbsinə order verib."RİA Novosti" xəbər verir ki, keçmiş prezident əyalətin siyasi liderlərindən biri Əkbər Buqtinin qətlinin təşkilində ittiham olunur.

Bu ilin yanvarında birinci instansiya məhkəməsi P.Müşərrəfi bu ittihamdan azad etmişdi. Lakin Buqtinin oğlu onun həbsi tələbi ilə yenidən məhkəməyə müraciət etmişdi.

P.Müşərrəfin həbs olunub olunmayacağı məlum deyil. Onun hazırda Dubayda olduğu bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol