AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Fələstin Prezidenti Mahmud Abbas Fələstinin azadlığı uğrunda Hərəkatın (FAUH) 7-ci qurultayında yekdilliklə bu qurumun sədri seçilib. Bu barədə məlumatı Fələstinin «VAFA» agentliyi yayıb.
«Biz, bu gün qabaqcıl hərəkatımızın inkişafının yeni başlanğıcını müəyyən etmək üçün buraya toplaşmışıq. Bu, tarixi bir andır. Siz (nümayəndələr - red.), bu gün hərəkatımızın tarixində onun daha güclü və daha stabil dövrünün bünövrəsini qoydunuz» - deyə, Fələstin lideri bəyan edib.
Agentlik qeyd edir ki, Mahmud Abbasın FAUH sədri elan edilməsindən sonra hərəkatın bütün nümayəndələri bu seçimi alqışlarla qarşılayıb.


Şərhlər