Menu

Rusiya və Çin yeni birgə internet-nəzarət sistemi hazırlayır

29.11.2016, 21:48
Rusiya və Çin yeni birgə internet-nəzarət sistemi hazırlayır

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya və Çin birgə yeni internet-nəzarət sistemi işləyib hazırlayır. Bunu Britaniyanın «Guardian» nəşri aşkarlayıb. Nəşr bunu son aylarda kibertexnologiyalar sahəsində Rusiya ilə Çin arasında tayı-bərabəri olmayan əməkdaşlıq adlandırıb.

Gələcəkdə rusiyalı istifadəçiləri böyük ehtimalla, senzuranın Çin modeli gözləyir. Qəzetin məlumatına görə, internet-kontentin süzgəclənməsinin «Qızıl qalxan» adlı Çin sistemi hazırda rusiyalı mütəxəssislər tərəfindən «Qırmızı veb» adlı yerli analoji sistemə fəali şəkildə tətbiq edilir.

Çin tərəfi internet-istifadəçilərə nəzarət üçün lazım olan bütün avadanlıqları və texnoologiyaları rusiyalı mütəxəssislərə verməyə hazır olduğunu bildirib. Nəşr yazır ki, böyük həcmlərdə məlumatların «emal» olunması üçün (Bunu «Yarovaya qanunu» tələb edir) Moskvanın lazımi imkanları yoxdur. Sanksiyalar səbəbilə, Rusiya qərb texnologiyalarına da ümidli ola bilmir.

Qəzetin məlumatına görə, sitstemin hazırlanmasına bu il Pekin və Moskvada keçirilmiş yüksək səviyyəli görüşlərdən sonra başlanıb. Yayda Rusiya Prezidenti Vladimir Putin kibermühit haqqında birgə koommyünike imzalayıb. Bundan başqa Rusiya Təhlükəsizlik Şurasının katibi Patruşev Çinin «Siyasi büro»sunun üzvləri ilə internet-təhlükəsizliyi məsələsini müzakirə edib.

Yeni sistemin nə vaxt tətbiq olunacağı barədə isə qəzet məlumat vermir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol