Menu

"Azərbaycanda bu il 2,8%-lik resessiya gözlənilir"- Nazir böhranı etiraf etdi

30.11.2016, 13:35

trend_samir_sharifov_albomCari ilin sonuna Azərbaycanda ÜDM-in həcmi 58,8 mlrd. manat səviyyəsində gözlənilir ki, bu da ölkədə 2,8% resessiyaya olacağından xəbər verir. "Report" xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov 2017-ci ilin dövlət büdcə layihəsinin parlament komitələrinin bugünkü birgə iclasında aparılan müzakirələr zamanı deyib. Nazir bildirib ki, makroiqtisadi sabitlik əsas hədəf kimi qoyulub və büdcə yığcamlaşdırılması davam etdirələcək.

Onun sözlərinə görə, layihədə yeni iqtisadi təlatümlər, reallıqlar, ölkənin üzləşdiyi strateji çağırışlar nəzərə alınıb, sosialyönümlü siyasətin davam etdirilməsi üçün müəyyən maliyyə təminatı yaradılıb.

"Cari ilin ilk 10 ayı ərzində 49,2 mlrd. manat həcmində ÜDM istehsal olunub, real azalma 3,7% olub. Bunun səbəbləri kimi xarici ticarət dövriyyəsinin azalması, yüksək dollarlaşma nəticəsində bank sektorunun böyük itkilərlə üzləşməsi, kreditləşmənin ciddi azalmasını göstərmək olar. Nəticədə, 1998-ci ildən ilk dəfə olaraq tədiyyə balansı kəsirlə üzləşib", - deyə S.Şərifov qeyd edib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, bu il dövlət büdcəsinin təqdimatında gecikmələr olub və bunun obyektiv səbəbləri var. Onun sözlərinə görə, büdcə Azərbaycanın reallıqlarını əks etdirir və gələcək üçün güclü ehtiyatların yaradılmasını nəzərdə tutur.

QEYD.Resessiya (Recessus latın dilində geriləmə deməkdir) —iqtisadiyyatda (xüsusən də makro iqtisadiyyatda) bu termin iqtisadi artım templərinin zəifləməsini və istehsalın çox da kritik olmayan həddə aşağı düşməsini bildirir. İstehsalın düşməsi Ümum milli məhsulun (ÜMM) və ya Ümum daxili məhsulun (ÜDM) sıfır dərəcəli artımı (staqnasiya) və ya onun yarım ildən artıq müddətdə aşağı enməsi ilə xarakterizə olunur.

Ressessiya iqtisadi tsiklin (konyektura) fazalarından biri olub, iqtisadi bumdan (partlayışdan) sonra gəlir və öz yerini iqtisadi depressiyaya verir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol