Menu

"Nardaran işi": Hakim təqsirləndirilən şəxslərdən bəzilərini zaldan çıxarıb

30.11.2016, 16:26
"Nardaran işi": Hakim təqsirləndirilən şəxslərdən bəzilərini zaldan çıxarıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə, həbs edilən “Müsəlman Birliyi” adlı təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və başqa 16 nəfər - Rasim Mirzə Baba oğlu Cəbrayılov, Zakir Tapdıq oğlu Mustafayev, Cabbar Əmirxan oğlu Cabbarov, Cahad Bala Hüseyn oğlu Babakişizadə, Şamil Adil oğlu Abduləliyev, Aqil Azər oğlu İsmayılov, Ramin Məhərrəm oğlu Yariyev, Abbas Əbdülrəhman oğlu Quliyev, İbrahim Məmməd oğlu Xudaverdiyev, Etibar Rasim oğlu İsmayılov, Bəhruz Rahib oğlu Əskərov, Əli Həsrət oğlu Nuriyev, Əlibala Cavad oğlu Vəliyev, Fərhad Nəsrəddin oğlu Balayev, Abbas Hafiz oğlu Tağızadə və Abbas Məmmədbağır oğlu Hüseynovun cinayət işi üzrə keçirilməli olan məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.

"Report" xəbər verir ki, günün ikinci yarısında keçirilən prosesdə şahid qismində polis əməkdaşı Şahin Həşimov dindirilib.

O, ötən il noyabrın 5-də Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisə ilə bağlı danışıb.

Daha sonra şahid Ş.Həşimov vəkil Nemət Kərimlinin suallalarını cavablandırıb. O, vəkilə kobud cavab verdiyi üçün təqsirləndirilən şəxslərlə aralarında mübahisə yaranıb. Buna görə hakim T.Bağırov, A.Hüseynov və C.Cabbarovun zaldan çıxarılmasına göstəriş verib. Həmin şəxslər zaldan çıxarılıb və məhkəmə onların iştirakı olmadan davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol