Menu

Əli Əsədov təltif edildi - “Vətənə xidmətə görə”

30.11.2016, 19:54
Əli Əsədov təltif edildi - “Vətənə xidmətə görə”

Prezident İlham Əliyev Əli Əsədovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Əli Hidayət oğlu Əsədov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Əli Əsədov Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavinidir. Ə.Əsədov 1956-cı il noyabrın 30-da Bakı şəhərində anadan olub, bu gün onun 60 yaşı tamam olur.

Ə.Əsədov 1995-2000-ci illərdə Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol