Dünən azadlığa buraxılan sabiq millət vəkili Gülər Əhmədova şəhəri tərk edib. Hafta.az-ın əməkdaşı bu gün eks-deputatın evinə baş çəkib. Binanın mühafizəçisi əməkdaşımıza bildirib ki, Gülər Əhmədova hazırda evdə deyil: "Səhər mən növbəmi təhvil alanda Gülər xanımgil çıxdılar. Fikrət müəllimlə birgə bağ evinə getdilər. Kiçik oğlu da onlarla getdi. İndi evdə tək qız var. Mənə tapşırıblar ki, heç kimi buraxmayım. Qız da xadimədir, evi təmizləyir".

Bələdçi G.Əhmədovanın bağ evinin harada olduğunu bilmədiyini dedi: "Bilmirəm bağ evi özlərinindir, ya başqasının. Yəqin ki, axşama qayıdarlar. Siz axşamüstü gəlin".