Suriyada daha bir azərbaycanlının öldürülməsi barədə xəbər yayılıb. “Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Şuşa şəhərində anadan olmuş, 1990-cı il təvəllüdlü Şirazi Şakir oğlu Hüseynov Əsəd qüvvələri tərəfində vuruşurmuş.

O, Azad Suriya Ordusu tərəfindən öldürülüb.

Ş. Hüseynov öldürüldükdən sonra onun üzərindən tapılmış şəxsiyyət vəsiqəsinin, ümumvətəndaş pasportunun və digər şəxsi əşyalarının fotosu yayılıb.

Ş. Hüseynovun atası Şakir Hüseynov oğlunun iki ay əvvəl Türkiyəyə müalicə üçün getdiyini deyib: “Hazırda onun harada olduğunu bilmirik. İki ay əvvəl müalicə üçün Türkiyəyə getdi, o vaxtdan da ailəsi ilə əlaqə saxlamayıb”.

Ş. Hüseynov oğlunun dinə meylli biri olduğunu da bildirib: “Oğlum namaz qılan idi. Lakin heç vaxt Suriya ilə bağlı evdə danışmayıb. Nə məsələdir, başa düşə bilmirəm”.