Menu

"Putinin Qafqazda yaratdığı sabitlik bu gün də davam edir” - Allahşükür Paşazadə

01.12.2016, 13:23

Âñòðå÷à ïðåçèäåíòà ÐÔ Âëàäèìèðà Ïóòèíà ñ ëèäåðîì àçåðáàéäæàíñêèé ìóñóëüìàí øåéõ-óëü-èñëàìîì Ãàäæè Àëëàõøóêþðîì Ïàøà-çàäå“Bu gün Şimali Qafqazda müharibələr, münaqişələr yoxdur. Bu, Qafqaz Xalqları Ali Dini Şurasının gördüyü işlərin nəticəsidir”. APA-nın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

Ötən əsrin 90-cı illərdə Çeçenistanda gedən müharibə ilə əlaqədar Rusiyanın keçmiş prezidenti Boris Yeltsinə müraciət etdiyini xatırladan QMİ sədri qeyd edib ki,

Vladimir Putinin dövlət başçısı seçilməsindən sonra Qafqazda dəyişikliklər baş verib: “Qafqazda münasibətlər, Qafqaza olan münasibətlər dəyişdi. Qafqazda sabitlik yarandı, sabitlik bu gün də davam edir. Mən Dağıstanın, Çeçenistanın bugünkü vəziyyətini görəndə fərəhlənirəm. Şimali Qafqaz Azərbaycanla birlikdə çiçəklənir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol