Menu

Formula-1 Azərbaycan Qran-Prisinin vaxtı açıqlandı

01.12.2016, 13:35

formula 1 f1"Yarış bundan sonra Avropa deyil, Azərbaycan Qran-Prisi adlanacaq"

"Formula-1"in Bakı mərhələsinin adı və tarixi məlum olub. Qərarı Beynəlxalq Avtomobil İdmanı Federasiyasının (FİA) Vyanada yerləşən Baş Assambleyası verib.

Apasport.az saytı yazır ki, "Formula-1" üzrə Avropa Qran-Prisinin adı və tarixi dəyişdirilib. "Yarış bundan sonra Avropa deyil, Azərbaycan Qran-Prisi adlanacaq. Turnirin Bakı mərhələsi ötən ildən fərqli olaraq iyunun 19-da yox, 25-də keçiriləcək".

Almaniya Qran-Prisi siyahıdan çıxarıldığı üçün "Formula-1" 2017-ci il çempionatı 20 mərhələdən ibarət olacaq. Mövsümə martın 26-da Melbrunda Avstraliya Qran-Prisi ilə start veriləcək. Çempion 9 ay sonra, noyabrın 26-da Abu-Dabidə bəlli olacaq.

"Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə görə, gələn il "İslam oyunları və Formula-1 yarışlarının keçirilməsi üçün büdcədən 317 milyon 300 min manat vəsait ayrılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol