Menu

Klinton 2,5 milyon səslə Trampı qabaqlayıb!

02.12.2016, 12:24

klinton TRAMPAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton prezident seçkilərində məğlub olmasına baxmayaraq, topladığı seçici səslərinin sayına görə, rəqibi Donald Trampı 2,5 milyodan artıq səslə qabaqlayıb.

Bu barədə dünən «The New York Times» qəzetinin elektron versiyası yazıb.

Qəzetin məlumatına görə, rəqilbərin topladığı seçici səslərinin sayı arasındakı fərq 1,9 faiz və ya 2 milyon 526 min 094 səsə çatıb. Trampa verilən səslərin sayı 62 milyon 626 min 216, Klintona verilən səslərin sayı isə 65 milyon 152 min 310 təşkil edir. Səslər arasındakı fərqin yüksəlməsi isə əhalinin sıx yaşadığı Kaliforniya və Nyu-York ştatlarında seçki bülletenlərinin sayılıb qurtarması ilə bağlıdır. Bu ştatlarda Klinton qətiyyətli qələbə çalıb.

Daha bunun «nəyi və harası» seçki oldu?!

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol