Menu

İsrail polisi Netenyahunun arvadını 10 saat dindirib!

02.12.2016, 15:24
İsrail polisi Netenyahunun arvadını 10 saat dindirib!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, İsrail polisi ölkənin Baş naziri Binyamin Netenyahunun arvadı Sara Netenyahunu «hökumət başçısının rezidensiyası işi» ilə bağlı 10 saatdan artıq vaxt ərzində dindirib. Bu barədə xəbəri bu gün «Haaretz» qəzeti yayıb. Xəbərdə deyilir ki, dindirmə cümə axşamı başlanıb - 10 saatdan artıq davam edib və qəzet çapa gedən ana qədər bitməyib.

Sara Netenyahu guya, «rezidensiya»nın hesabına ailə məclisələri üçün ərzaqlar sifariş edib, aşpazlar tutub - bütün xərcləri Baş nazirin Yerusəlimdəki rezidensiyasının hesabına ödəyib.

«Haaretz» yazır ki, «rezidensiya işi» 3 ayrı-ayrı epizoddan ibarətdir.

Birinci epizodda Sara Netenyahuya qarşı itttiham irəli sürülür ki, guya o, Baş nazirin Yerusəlimdəki rezidensiyanın hesabına ailə məclisləri üçün ərzaq sifariş edib və aşpazlar tutub.

İkinci epizod Sara Netenyahunun atası üçün tutulmuş ev qulluqçusunun əmək haqqının elə həmin mənbədən ödənilməsidir.

Üçüncü epizod Netenyahu ailəsinin Keysaridəki villasında elektrik çilingərinin işi ilə bağlıdır. Belə ki, guya Sara işçinin istirahət günləri işləməsini xahiş edib ki, bu günlərdə də işçilərin saathesabı əmək haqqı adi günlərdəkindən yüksəkdir.

Polis bəyan edib ki, daha bir epizod üzrə Sara Netenyahuya qarşı ittihamın irəli sürülməsi üçün əldə kifayət qədər sübutlar var. Bu epizod Yerusəlim rezidensiyasındakı bağ mebelinin Keysaridəki şəxsi villaya danışması məsələsini əks etdirir.

Bütün bunlara cavab olaraq, Sara Netenyahu özü belə deyib: «Heç nə olmayacaq, çünki heç nə olmayıb».

Bu xəbəri şərh etmək istəmədik - özümüzə Azərbaycanın bütöv məmur ordusu kimi qüdrətli bir «düşmən» qazanmaq fikrimiz yoxdur. Düşünmək istəyənlər isə buyura bilərlər...

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol