Menu

Dolların bazar ertəsinə olan məzənnəsi açıqlandı

02.12.2016, 17:17

dollar-manat-merkezi-bank-kredit-2Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının dekabrın 5-nə rəsmi məzənnəsini 1,7339 AZN/USD səviyyəsində müəyyən edib.

AMB-dən verilən məlumata görə, bu, məzənnənin dəyişməməsi deməkdir.

Qeyd edək ki, dekabrın 2-də də rəsmi məzənnə 1,7339 AZN/USD olub.

Bu gün Bakının «qara bazarında» dolların məzənnəsi ötən günə nisbətən bir qədər azalıb. Fins.az-ın məlumatına görə, hazırda bazarda dolların alış qiyməti 1,815 manat, satış qiyməti 1,83 manat təşkil edir. Avronun qiyməti isə alış 1,93,5 manat, satış 1,95 manatdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol