Menu

Abdullah Gül yeni partiya yaratması barədə xəbərlərə münasibət bildirib

04.12.2016, 00:04
Abdullah Gül yeni partiya yaratması barədə xəbərlərə münasibət bildirib

"Siyasətlə məşğul olsam, Qərbi Avropadan yox, öz xalqımdan dəstək alaram"

Türkiyənin keçmiş prezidenti Abdullah Gül yeni partiya yaratması haqda xəbərləri təkzib edib.

"Report" xəbər verir ki, o, "CNN Türk"ə müsahibəsində Britaniyanın keçmiş baş naziri Toni Bleyerlə görüşməsi və yeni siyasi təşkilat yaratması haqda xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

"Məni tanıyanlar bilir ki, mən yerli insanam. Öz dəyərlərimizə inanan adamam. Amma yerli dəyərlərə inanan bir insan olaraq demokratiya və hüququ, bütün Qərb dünyasını çox yaxşı bilirəm. Əgər siyasətlə məşğul olsam, Qərbi Avropadan yox, öz xalqımdan dəstək alaram" - deyə Abdullah Gül bildirib.

Yeni partiya yaratması haqda xəbərləri təkzib edən Abdullah Gül bildirib ki, dövlət başçısı səlahiyyətləri başa çatdıqdan sonra siyasətdən getdiyini bir neçə dəfə bildirib. Lakin məlum siyasi dairələr bu məsələni məqsədli şəkildə gündəmə gətirirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol