Menu

Xaçmazda ağır qəza: polis mayoru və daha bir nəfər öldü, 2 yaralı

04.12.2016, 22:33
Xaçmazda ağır qəza: polis mayoru və daha bir nəfər öldü, 2 yaralı

Xaçmazda ağır yol qəzası baş verib.APA-nın məlumatına görə, yol nəqliyyat hadisəsi Qəndob-Yalama yolunun 29-cu km-də baş verib.

İlkin məlumata əsasən, “VAZ 2106” və “VAZ 21015” minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər ölüb, daha 2-si xəsarət alıb. Ölənlərdən birinin polis mayoru olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol