Menu

Aydın Abbasov: "Yalnız deyilsən, rəis" - FOTO

04.12.2016, 23:48
Aydın Abbasov: "Yalnız deyilsən, rəis" - FOTO

aydin-abbasov-300x188Milli Məclisin keçmiş deputatı Aydın Abbasov Feysbuk hesabında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı maraqlı paylaşım edib. 

Axar.az xəbər verir ki, Abbasov “Yalnızlığımı bilirəm.  Mübarizəmi davam etdirəcəyəm” deyən Ərdoğanın açıqlamasına bu tvitlə dəstək olub:“Yalnız deyilsən, rəis! Qardaşların səninlədir! Allah qadirdir!”.

Xatırladaq ki, İstanbulda əhali qarşısında çıxışı zamanı iqtisadi problemlərə toxunan Ərdoğan “Yalnızlığımı bilirəm. Lakin mübarizəmi davam etdirəcəyəm”, - demişdi.

Prezidentin bu sözlərindən sonra sosial şəbəkələrdə minlərlə şəxs #YalnızdeyilsinErdogan həştəqli paylaşımlar edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol