AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Rusiyanın Aralıq dənizində üzən «Admiral Kuznetsov» aviadaşıyıcı kreyseri ay ərzində ikinci qırıcı təyyarəni itirib. Bu dəfə Su-33 qırıcısı «tros»un qırılması səbəbilə, göy'rtədən suya düşüb. Xəbəri bu gün «İnterfaks» agentliyinə Müdafiə Nazirliyindən (MN) təsdiqləyiblər.
«Suriya səmasında döyüş tapşırığını yerinə yetirdikdən sonra geri qayıdan Su-33 təyyarəsi «Admiral Kuznetsov» aviadaşıyıcısına eniş edərkən, «aerofinişer trosu»nun qırılması səbəbilə, göyərtədən suya düşüb» - deyə, MN-nin məlumatında deyilir.
Pilot «katapulta» edib və axtarış-xilasedici xidmət qüvvələri tərəfindən kreyserin göyərtəsinə qaldırılıb. Pilotun həyatına heç bir təhlükə yoxdur.
Bu, noyabrın 14-dən üzübəri «Admiral Kuznetsov» aviadaşıyıcı kreyserində baş vermiş ikinci insidentdir.


Şərhlər