Menu

Bakıda regional təhlükəsizlik müzakirə olunacaq

05.12.2016, 18:54
Bakıda regional təhlükəsizlik müzakirə olunacaq

Bakıda “Regional təhlükəsizlik çağırışları – Qara və Xəzər dənizi sahillərindən baxış” mövzusunda dəyirmi masa keçiriləcək.

Bu barədə Trend-ə Rumıniyanın Bakıdakı səfirliyindən məlumat verilib.

Azərbaycan Diplomatiya Akademiyasında keçiriləcək tədbir Rumıniya səfirliyinin NATO-nun əlaqə ofisi qismində mandatının başa çatmasına həsr olunur.

Tədbirdə Rumıniya səfiri Dan İanku, Macarıstan səfiri İmre Lazlotski, eləcə də NATO-nun Cənubi Qafqazdakı əlaqə ofisinin rəhbəri Uilyam Lahyu iştirak edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol