AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Bernar Kaznyov Fransanın yeni Baş naziri olub. Buna qədər Kaznyov ölkənin daxili işlər naziri vəzifəsini daşıyıb. Manyuel Vals hökumət başçısı vəzifəsindən istefa verəndən sonra bu barədə Yelisey sarayından xəbər verilib.
Bundan əvvəl, prezident seçkilərində öz namizədliyini irəli sürəcəyini elan edən Vals Yelisey sarayına gəlib və orada ölkə Prezidenti Fransua Ollandla görüş keçirib. Görüş 35 dəqiqə davam edib.


Şərhlər