Menu

Ərdoğan bankdakı pulunu lirəyə çevirdi - Sənəd təqdim olundu

06.12.2016, 19:31

Recep Tayyip ErdoganTürkiyənin ədliyyə naziri Bəkir Bozdağ prezident Rəcəb Tayyib Ərdoğanın dollar hesabının lirəyə çevrildiyini açıqlayıb.Avropa.info xəbər verir ki, CHP sədri Kamal Kılıçdaroğlunun Ərdoğanın Albaraka Türk Bankında 200 min dollar hesabı olduğunu iddia etməsindən sonra ədliyyə naziri Bəkir Bozdağ bu iddiaya cavab verib.

Türkiyə mətbuatında yayılan xəbərlərə görə ədliyyə naziri Bəkir Bozdağ Ərdoğanın bankdakı pulunu lirəyə çevirdiyini deyərək bank sənədlərini kılıçdaroğluna təqdim edib.

Xatırladaq ki, parlamentdə davam edən büdcə müzakirələri zamanı CHP sədri Kılıçdaroğlu Ərdoğanın bankda 200 min dolları olduğunu iddia etmiş və “Bu pulu TL-yə çeviribmi görəsən?” deyə soruşmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol