Menu

Bakıda bir mənzil bir neçə şəxsə satılıb

06.12.2016, 21:20

binaÖzünü tikinti şirkətinin təsisçisi kimi təqdim edən şəxs Bakı sakininə qarşı dələduzluq edib.

1963-cü il təvəllüdlü Musavət Şirinov Xətai Rayon Polis İdarəsinə müraciət edərək dələduzluq faktı ilə üzləşdiyini bildirib. M.Şirinov qeyd edib ki, 2013-cü ilin avqust ayında ozünü "Mega Holding" MMC-nin təsisçisi kimi təqdim edən Bakı şəhər sakini 1970-ci il təvəllüdlü Aqil Qədirov 55 min ABŞ dollarına mənzil satıb. Lakin sonradan həmin mənzilin digər şəxslərə də satıldığı məlum olub.

"Mega Holding" MMC-dən "Report"a bildirilib ki, Aqil Qədirov kimi tanınan şəxs MMC-də işləməyib: "Ola bilsin ki, həmin şəxs dəllal kimi fəaliyyət göstərib".

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol