AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq Rusiya ilə dialoqu möhkəmlətməyə çağırış edib.
Rusiyanın ahəngində aqressivliyin aşağı düşməsi NATO ilə dialoqun möhkəmləndirilməsi istiqamətində ilk addım ola bilər. Bu fikri Baş katib NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən ikigünlük iclasını açarkən səsləndirib.
Baş katib hesab edir ki, ABŞ-n yeni seçilmiş Prezidenti Donald Tramp vəzifəsinin icrasına başlayandan sonra Rusiya Qərblə münasibətləri sahmana salmaq cəhdləri nümayiş etdirə bilər.
«Biz, Rusiyanın ritorikasında ixtiyari yumşalmanı alqışlayarıq» - deyə, Stoltenberq Rusiya Prezidentinin «bizə dostlar lazımdır, düşmənlər yox» fikrini şərh edərkən söyləyib.

Şərhlər