Menu

Paytaxtda müxtəlif yerlərdə çadırlar qurulub

07.12.2016, 15:48
Paytaxtda müxtəlif yerlərdə çadırlar qurulub

Paytaxtda müxtəlif yerlərdə çadırlar qurulub. Fins.az-ın məlumatına görə hələlik bu çadırlara paytaxtın 3 ərazisində - 28 May, Nəriman Nərimanov və Koroğlu metrostansiyalarının qarşısında rast gəlinir.

Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov Fins.az-a açıqlamasında çadırlarda yeni il yaramarkalarının təşkil ediləcəyini bildirib.

Hələlik 3 yarmarka qurulsa da, amma bu çadırlarda heçnə satılmır. Onların sayının 10-na çatdırılması planlaşdırılıb. Əliabbas Bağırovun sözlərinə görə çadırların çoxalmasına ehtiyac olacağı təqdirdə çadırların sayının artacağı istisna edilmir. "Bu yarmarkalarda yeni il aksesuarları, uşaqlar üçün müxtəlif hədiyyələr, bayramla bağlı satışlar həyata keçiriləcək. Yarmarkaların dekabrın 15-dək qurulub yekunlaşdırılması nəzərdə tutulub.

Çadırlarınmetrostansiyalarının yaxınlığında olması planlaşdırılır. Belə yarmarkaların qurulmasında məqsəd əhalini əziyyət çəkmədən daha ucuz bayram alış-verişi etməsini təmin etməkdir". Yanvar ayının əvəllərinə kimi davam edəcək yarmarkalarda qiymətlərə xüsusi nəzarət olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol