Yarım saat ərzində qarın qalınlığı 3 sm-i keçib
Lənkəran şəhərinə ilk qar yağır.
"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, səhər saat 10.00 radələrindən başlayaraq şaxtalı hava külək və buz yağışı ilə əvəzlənib. Yarım saat ərzində qarın qalınlığı 3 sm-i keçib.
Hələlik hər hansı bir problem yaşanmasa da, qışa hazır olmayan sürücülər üçün asfalt örtüyün üzərində avtomobillərin hərəkəti çətinləşib.


Şərhlər