Menu

"O torpaqlar əlimizdən alınmayıb..." - Allahşükür Paşazadə

08.12.2016, 18:20
"O torpaqlar əlimizdən alınmayıb..." - Allahşükür Paşazadə

"Həmin torpağı bizə 1994-cü ildə keçmiş prezident Heydər Əliyev vermişdi, sonradan axıska türklərinin Azərbaycana gəlişilə onlar bizə müraciət etdilər, biz də onların bu torpaqlarda məskunlaşmasına razı olduq”, - Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə bildirib.

O, Şabran rayonunda QMİ-yə verilmiş 1770 ha torpağın taleyinin belə həll edildiyini deyib: “Odur ki, o torpaqlar əlimizdən alınmayıb, biz özümüz bunu Azərbaycana gələn axıska türklərinə vermişik”.

A.Paşazadə media mənsublarını bu məsələni dəqiqləşdirmədən yaydıqlarına görə qınayıb. QMİ sədri deyib ki, idarənin bu torpaqlara ehtiyacı olmayıb.

Xatırladaq ki, QMİ-yə məxsus 1770 ha torpağın alınması haqda informasiyalar yayılıb.  /"Turan"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol