Menu

Bakıda uçqun olub - Xəsarət alanlar var

09.12.2016, 18:59
Bakıda uçqun olub - Xəsarət alanlar var

Hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsində qeydə alınıb. Güclü külək yol kənarındakı hasarı uçurub. Nəticədə ərazidə işləyən “Azəriqaz”ın işçiləri – 1968-ci il təvəllüdlü Ədalət Əliyev, 1986-cı il təvəllüdlü Natiq Mustafayev və 1965-ci il təvəllüdlü Hücaət Hüseynov xəsarət alıb.

Yaralılar Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdiriliblər. Onlardan birinin vəziyyəti ağır, digərləri isə orta ağır qiymətləndirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.  /APA

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol