Menu

Ağcabədidə qadın özünü yandırıb

09.12.2016, 19:58

yandiranAğcabədidə ailəli qadın özünü yandırıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, 1963-cü il təvəllüdlü Alıyeva Tavat Alı qızı özünü yandıraraq intihar etməyə cəhd edib.

Yanğın xəsarəti alan qadın Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan APA-ya verilən məlumata görə, T. Alıyeva bədənin müxtəlif nahiyələrində II və III yanıq dərəcəsi ilə xəstəxanaya daxil olub. T.Alıyevanın ilkin tibbi yardım göstərildikdən sonra yaxınlarının istəyi ilə paytaxt xəstəxanalarından birinə aparılması üçün hazırlıq işləri aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol