Menu

Bakıda qadın kişiyə 103 000 manat, 95 000 dollar “atdı”

09.12.2016, 21:26

manat_dollar_070116Bakıda 44 yaşlı kişiyə qarşı külli miqdarda dələduzluq edilib.

"Report"un xəbərinə görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Məlumata görə, Bakı şəhər sakini 1972-ci il təvəllüdlü Azər Mahmudov Qaradağ Rayon Polis İdarəsinə (RPİ) ərizə yazaraq bildirib ki, 2014-cü ilin aprel ayında 1971-ci il təvəllüdlü Təranə Eminova onu aldadaraq 103 000 manat, 95 000 ABŞ dolları və 25 688 manat dəyəri olan qızıl-zinət əşyalarını alıb.

Faktla bağlı Qaradağ RPİ-də araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol