Menu

Faiq Əmirlinin səhhəti yenidən pisləşib

09.12.2016, 21:56

faiq-amirli“Azadlıq” qəzetinin yayım direktoru və AXCP sədrinin köməkçisi, Faiq Əmirlinin sağlıq durumu ağırlaşıb.

Bu barədə onun xanımı Lalə Əmirli feysbukda məlumat yaypb. L.Əmirli yazır ki, F.Əmirli onunla telefon danışığı zamanı mədəsində kəskin ağrıların yenidən baş qaldırdığını bildirib.

Müdafiə tərəfi dəfələrlə F.Əmirlinin təcili müalicəyə ehtiyacı və müalicə müəssisəsinə köçürülməli olduğunu bildirib. Lakin onun müayinə və müalicəsi üçün heç bir tədbir görülmür.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol