Menu

“Azad Suriya Ordusu Əl-Baba yaxınlaşıb” - Çavuşoğlu

09.12.2016, 22:32

cavusoglu_13Azad Suriya Ordusu bizim də dəstəyimizlə Əl-Bab şəhərinə yaxınlaşıb.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

"Azad Suriya Ordusu bizim də dəstəyimizlə Əl-Bab şəhərinə yaxınlaşıb. Qısa müddət ərzində buradakı əməliyyatın tamamlanması nəzərdə tutulur. Menbiç şəhərinə bizim və ABŞ əsgərlərindən ibarət dəstə göndərilib. YPG-nin Fərat çayının şərqinə keçdiyindən əmin olanadək səylərimizi davam etdirəcəyik”, deyə M.Çavuşoğlu bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol