Menu

Əl Babda şiddətli atışmalar davam edir

10.12.2016, 21:11
Əl Babda şiddətli atışmalar davam edir

Suriyanın Əl Bab şəhərinin mərkəzində İŞİD terrorçuları ilə türk ordusu və ASO-nun birləşmiş qüvvələri arasında hazırda şiddətli atışmalar yaşanır.Axar.az xəbər verir ki, qarşıdurmalar zamanı 25 terrorçunun öldürüldüyü bildirilib. Məlumatda şəhərin Əl Kəbir və Buğday ərazilərinin İŞİD-dən alındığı vurğulanıb.

Bundan əlavə, terrorçuların ASO və türk əsgərlərinin olduğu ərazidə bomba quraşdırılan avtomobillə partlayış törətdiyi və hücum zamanı xeyli hərbçinin öldüyü vurğulanıb.

Buna cavab olaraq türk qırıcılarının İŞİD-in digər bomba yüklənmiş texnikalarını zərərsizləşdiyi qeyd edilib.

Hazırda şəhərdə atışmalar davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol