Menu

Türkiyədəki xain terrorun dəhşətli nəticələri - 38 ölü, 155 yaralı - VİDEO- Yenilənir

11.12.2016, 12:44
Türkiyədəki xain terrorun dəhşətli nəticələri -  38 ölü, 155 yaralı - VİDEO- Yenilənir

Türkiyənin daxili işlər naziri Süleyman Soylu İstanbulda ard-arda törədilən terror aktları zamanı ölən və yaralananlarla bağlı yeni məlumat açıqlanıb. Türkiyənin daxili işlər naziri Süleyman Soylu mətbuat konfransında açıqlama verərək bildirib  ki, baş vermiş terror aktı zamanı 30-u polis olmaqla 38 nəfər həlak olub, 155 nəfər yaralanıb.

Verilən açıqlamalarda ölü sayının artacağı istisna edilmir.

Nazir bundan başqa bildirib ki, partladılan avtomobilin kimə məxsus olduğunun araşdırılması xüsusunda əməliyyatlar keçirilib. Əməliyyat axtarış tədbirləri nəticəsində 14 nəfər şübhəli şəxs polis tərəfindən saxlanılıb.

Nazir qeyd edib ki, terror aktının kimlər və hansı terror təşkilatları tərəfindən törədilməsi ilə bağlı aparılan araşdırmalar davam etdirilir.

Qeyd edək ki, ötən gün İstanbulun Beşiktaş adlanan ərazisində iki güclü partlayış baş verib.

Teraktı PKK terror rəşkilatının törətdiyi ehtimal edilir.

********

 İstanbulda,Beşikdaş bölgəsində, "Barbaros" caddəsində ikı şiddətli partlayış baş verib. Musavat.com canlı yayınverən Türkiyə televiziyalarına istinadən xəbər verir ki, bu, terror hadisəsidir. Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu da Məclisdəki çıxışında məlumat verib. O deyib ki, hədəfdə polislər olub. 20-yə yaxın polis yaralanıb. Həlak olanlarla bağlı məlumat hələlik yayılmayıb.

 Partlamadan sonra hadisə yerinə çox sayda xilasetmə və təcili yardım sövq edilib. Bölgə İstanbulun qəlbi sayılan bölgədir. Taksim Meydanından Beşiktaşa enən prospektdə, çox hərəkətli bölgədir. 

Bildirilir ki, Dolmabahçedə baş verən partlayışdan sonra silah səsləri də eşidilib.

"Beşiktaş"-"Bursaspor" matçının sona çatmasından sonra tərəfdarların dağıldığı saatlarda meydana gələn partlayışın bomba yüklü iki  avtomobillə reallaşdırılmış ola biləcəyi bildirilir.

Hücumun stadionun təhlükəsizliyini təmin edən çevik polis qüvvələrinə qarşı yönəldiyi qeyd olunur.

Hadisə ilə bağlı xəbərlər verən media qurumları üçün yayın yasağı tətbiq olunub.

 Son gələn məlumatlara görə, təəssüf ki, terrorda həlak olanlar da var.

Terror məsələləri üzrə mütəxəssis Abdulla Ağar CNN-ə bildirib ki, bu terror aktının İŞİD-in işi olması ehtimalı azdır, daha çox PKK-nın dəst-xəttinə oxşayır.

Xəbər verilir ki, bu hadisə ilə bağlı olaraq səhiyyə və daxili işlər nazirləri Ankaradan İstanbula gəlirlər.

Qəzetçi Cem Küçük Beyaz TV-yə açıqlamasında bildirib ki, prezident Rəcəb Tayyib Ərdoğan partlayışdan cəmi 15 dəqiqə əvvəl həmin nahiyədən keçib. Bunu qəzetçiyə prezidentin yaxın ətrafından bildiriblər.

"Əl-Cəzirə" televiziyası isə sözügedən partlayışda 15 polisin şəhid olduğu xəbərini yayıb.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol