Menu

Terroru PKK-nın işi olduğu açıqladı

11.12.2016, 12:33

pkk-ceteleri-bitliste-camiyi-atese-verdi-h1412764482-300x150Türkiyənin baş nazirinin müavini Numan Kurtulmuş bəyan edib ki, ötən axşam İstanbulun Beşiktaş rayonunda törədilmiş terror aktında hədəf polis təşkilatı olub.

Kurtulmuş CNN Türk kanalına müsahibəsində terror aktının PKK tərəfindən törədildiyinin əsas versiya olduğunu deyib. “İzlər PKK-nı göstərir”-Kurtulmuş ilkin təhqiqatların nəticəsinə əsasən bildirib.

Onun sözlərinə görə, terror hücumunda 300-400 kiloqram ağırlığında partlayıcı istifadə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol