Menu

Masallıda otellərdən birində qadın qətlə yetirilib

12.12.2016, 22:52
Masallıda otellərdən birində qadın qətlə yetirilib

Masallı rayonundakı otellərdən birində cinayət hadisəsi baş verib. "Report"un Cənub bürosu xəbər verir ki, təqribən 21-22 yaşlarında olan Röya Novruz qızı Hüseynova ürək nayihəsindən bıçaq zərbəsi alıb.

O, Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Meyit Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Mərkəzinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Mərhumun həyat yoldaşı tərəfindən qətlə yetirildiyi ehtimal olunur və şübhəli şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı cinayət işi açılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol