AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Serbiya NATO-ya üzv olmamaq barədə istəyini təsdiqləyib. Bu ölkənin xarici işlər naziri İvide Daçiç rusiyalı həmkarı Sergey Lavrovla apardığı danışıqların yekunlarından söhbət açarkən bu barədə bəyan edib.
«Biz, anti-Rusiya sanksiyaları qəbul etməyəcəyik. Biz, NATO-ya üzv olmayacağıq» - deyə, Daçiç bəyan edib. Nazir onu da qeyd edib ki, Rusiya heç vaxt Serbiyaya təzyiq göstərməyib.
«Rusiya heç vaxt Serbiyaya təzyiq göstərməyib» - deyərək, o, KİV-i belə ritorikadan çəkinməyə çağırıb.

Şərhlər