Menu

Bu gün Tramp yeni dövlət katibinin adını açıqlayacaq

13.12.2016, 09:10

Donald TrumpBu gün, Bakı vaxtı ilə günün ikinci yarısında ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp ölkənin növbəti dövlət katibinin adını açıqlayacaq.

APA-nı xəbərinə görə, bu barədə D.Tramp özünün “Tvitter” səhifəsində yazıb.

“Növbəti dövlət katibinə dair açıqlamanı sabah verəcəm”, D.Tramp yazıb.

Qeyd edək ki, ötən gün “Fox News” telekanalı məlumatlı mənbələrə istinadən dövlət katibi postuna “ExxonMobil” neft korporasiyasının rəhbəri Reks Tillersonun təyin ediləcəyi barədə məlumat yayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol