Menu

"Keçmiş SSRİ sərhədləri daxilində yeni "ittifaq" yarana bilər" - Qorbaçov

13.12.2016, 09:16

qorbacev_318094SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov keçmiş Sovet İttifaqının sərhədləri daxilində yeni "Birliy"in yarana biləcəyini mümkün hesab edir.

"Report" xəbər verir ki, bunu o, SSRİ-nin dağılmasının 25 illiyi ilə bağlı TASS-a verdiyi müsahibəsində bildirib.

Qorbaçov "Sovet İttifaqının bərpası mümkündürmü?" sualına belə cavab verib:

"Sovet İttifaqı - xeyir, amma İttifaq - bəli. Əvvəlki sərhədlər daxilində və həmin tərkibdə, könüllü olaraq … Mən hesab edirəm ki, yeni İttifaq mümkündür".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol