Menu

Moskvada azərbaycanlı iş adamını güllələyən soydaşımız çıxdı

27.09.2013, 21:46
Moskvada azərbaycanlı iş adamını güllələyən soydaşımız çıxdı

Polislər 34 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb

Sentyabrın 18-də Moskvanın Baykal küçəsində avtomobilindən çıxarkən güllələnərək öldürülmüş azərbaycanlı iş adamı Fabris Salam-Hüseynovun qatili tutulub. Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə bu gün Moskva Cinayət Axtarış İdarəsi məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində bu gün 34 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb. Onun mənzilində axtarış zamanı 2 tapança, 2 travmatik tapança, səsboğucu, əl qumbarası, zirehli gödəkcə tapılıb.

Qeyd edək ki, Moskva Cinayət Axtarış İdarəsinin yaydığı məlumatda sentyabrın 18-də 4 güllə yarasından hadisə yerində keçinmiş Fabris Salam-Hüseynov azərbaycanlılardan ibarət etnik cinayətkar qrupun lideri kimi təqdim edilir. Fabris Salam-Hüseynov əvvəllər məhkum həyatı da yaşayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol