AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Krım yarımadasında dislokasiya olunmuş zenit-raket alaylarından birinin «Triumf» S-400 hava hücumundan müdafiə sistemi ilə silahlandırılması prosesi artıq başa çatıb. Bu barədə Rusiya hərbi-hava qüvvələri 4-cü ordusunun cənub hərbi dairəsi hava hücumundan müdafiə komandanı Viktor Sevostyanov xəbər verib.
«Dekabrda, gerçəkdən bu miqyaslı sistem döyüş növbəsinə başlayıb və 100 kilometrlərlə ərazidə artıq mövcud olan cənub hava-hücumundan müdafiə sitesmini möhkəmlədir» - deyə, Sevastyanov bəyan edib.
O, qeyd edib ki, artıq alayın şəxsi heyəti uğurla təkrar hazırlanıb. Avqustda atışlar keçirilib. 2016-cı ilin sonuna zenit-raket hissələrinin müasir nümunələri 90 faiz təşkil edir. Onlardan ən yeni nümunələr 70 faizdir.
Bundan başqa, hissələrdə 10 vahiddən çox yeni rabitə texnikası, radiotexniki avadanlıq və avtomatik idarəetmə sistemləri quraşdırılıb.
.


Şərhlər