Menu

Gənclər təşkilatı Ağdaşda tədbir keçirib - Fotolar

14.12.2016, 13:56
Gənclər təşkilatı Ağdaşda tədbir keçirib - Fotolar

Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun Maliyyə dəstəyi ilə “Sağlam Yaşa" Gənclərin Maarifləndirilməsi İctima Birliyi “Tullantıların və yaşıllıqların insan orqanizminə təsirləri barədə maarifləndirmə” mövzusunda tədbirləri Ağdaş rayonunda davam etdirib.

Ağdaş Dövlət Humanitar litseyində keçirilən tədbirdə rayonun 200-dək gənc fəalı iştirak edib. Tədbiri giriş sözü ilə Humanitar litseyin Gənclər təşkilatının sədri Dilarə Manafova açaraq mövzu haqqında iştirakçılara məlumat verib. Təşkilatın sədr müavini Tələt Qəribov tədbirin məqsədi və əhəmiyyəti barədə geniş məlumat verib. Sonra tədbir dialoq formasında davam etdirilib. Tədbirdə fəal iştirak edən gənclərə təşkilat tərəfindən sertifikatlar və üstü yazılı köynək, papaq paylanıb. Tədbirdə Rİ hakimiyyətinin nümayəndəsi Möhlüd Hacıxanov iştirak edib.

[gallery columns="4" ids="276790,276792,276793,276794"]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol