AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyə Hələb şəhərindən 80 min nəfər qaçqını qəbul etmək qərarındadır. Türkiyə Baş nazirinin müavini Mehmet Şimşək özünün «Tvitter» səhifəsində xəbər verib ki, bu insanlar çadır şəhərciklərində yerləşdiriləcək.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkinin sözlərinə görə, yaxın saatlarda silahlılar razılaşdırılmış dəhliz üzərindən Hələbin şərq məhəllələrini tərk edəcəklər.
Bundan əvvəl Britaniyanın «Qardian» qəzeti türkiyəli məmura istinadla xəbər vermişdi ki, məhz Rusiya və Türkiyə bu barışığın təminatçısı olub.


Şərhlər