Menu

Rusiyaya girişi qadağan olunmuşların siyahısına yenidən baxıla bilər

14.12.2016, 18:23

matvienkoAzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiya Federasiyasının ərazisinə girişi qadağan olunmuş MDB ölkələri vətəndaşlarının siyahısına yenidən baxıla bilər. Bu xahişlə Federasiya Şurasının sədri Valentina Matviyenko daxili işlər naziri Vladimir Kolokotsveə müraciət edib.

«Əgər bu siyahıda doğrudan da «yolu qırmızı işıqda keçmiş və ya sürəti artırmış vətəndaşlar varsa, bu siyahıya yenidən baxmaq və həmin kateqoriya vətəndaşlara bəzi amnistiyalar elan etmək» olmazmı?» - deyə, Matviyenko soruşub.

O, qeyd edib ki, MDB ölkələrinin səfirləri bunu çox ağrılı qarşılayırlar və bu məsələni mütəmadi olaraq qaldırırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol