Menu

 "Azərbaycan türk-slavyan birliyi istiqamətində irəliləməlidir”

08.05.2014, 10:17
 "Azərbaycan türk-slavyan birliyi istiqamətində irəliləməlidir”

“Dövlət başçısının fikrincə, Tiflis samittinin əsas qayəsi Türkiyə, Azərbaycan və Gürcüstanın məhz üçtərəfli, qarşılıqlı dostluq və qardaşlıq əlaqələrinin olmasını bir daha təsdiqləmək idi”.

Bunu AZPolitika.info-ya açıqlamasında politoloq Adıgözəl Məmmədov keçirilən Tiflis sammitinin nə ilə yadda qalmasına toxunarkən deyib. Onun sözlərinə görə, Ukraynada müharibə başlayarsa, hər şey bir anda dəyişəcək:

“Belə olarsa, Rusiya tərəfə meyilli ölkələrdən biri də Gürcüstandır. Çünki Rusiya ABŞ-a cavab zərbəsi endirmək üçün hazırlıq işləri görür. Belə bir geosiyasi vəziyyətdə Azərbaycan olduqca ehtiyyatla davranmalıdır. İndi Azərbaycanın qarşısında bir neçə geosiyasi məsələlər dayanıb. Onları isə tək özünün həll etməsi mümkün deyil. Tarixi təcrübə onu göstərir ki, Türkiyə qardaş ölkə kimi həmişə bizə dəstək olub. Lakin son dövrlərdə müşahidə edilən psixoloji xülasələrə əsaslanaraq söyləmək olar ki, Azərbaycana slavyanlar da çox yaxındır. Bizim slavyanlarla yaxınlığımız 200 ildir mövcuddur. Hesab edirəm ki, Azərbaycan türk-slavyan birliyi istiqamətində irəliləməlidir”.

Ülkər Musazadə

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol