Menu

İrana qarşı sanksiyaların müddəti daha 10 il uzadıldı

15.12.2016, 11:16

iran-_flag_tehran_030415Dekabrın 15-də ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların müddətinin daha 10 il uzadılması haqqında qanun qüvvəyə minib.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, Konqres qanun layihəsini təsdiqləyib.

Məlumata görə, ABŞ prezidenti Barak Obama İrana qarşı tətbiq edilən sanksiyaların müddətinin uzadılmasını nəzərdə tutan qanunu ya imzalamalı, ya da ondan imtina etməli idi. İnformasiyaya əsasən, prezident sənədi nə imzalayıb, nə də ondan imtina edib. Bu halda da qanun qüvvəyə minir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol