«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avropa diplomatiyasının başçısı Federika Moqerini bəyan edib ki, Avropa İttifaqı (Aİ) Donald Trampın komandası ilə işləməyə hazırdır. Bununlya yanaşı o, hesab edir ki, ABŞ-n yeni seçilmiş Prezidentinin bəzi planlarına qarşı Aİ ilə Rusiya birləşə bilər.
Donald Tramp administrasiyasının bəzi çalışmalarına qarşı Ai ilə Rusiyanın vahid mövqe tutması ehtimalı barədə Federiko Moqerini «The Wall Street» jurnalına verdiyi müsahibədə söhbət açıb.
Tramp administrasiyasından qaynaqlana biləcək belə planlara misal qismində Moqerini İranla nüvə razılaşmasını, Yaxın Şərq siyasətinin «silkələnməsi»ni və Birləşmiş Millətlər Təşkilatının (BMT) rolunun azaldılması məsələsini önə çəkib.
Avropalı diplomat hesab edir ki, Rusiyanın narazılığına səbəb olacaq addımlardan birincisi ABŞ-ın İranla nüvə razılaşmasından geri çəkilmək perspektivi sayıla bilər. Çünki bu razılaşmanın əldə olunmasına Rusiya Prezidenti Vladimir Putin özünün böyük töhfəsini verib.
O, əlavə edib ki, Tramp administrasiyasının təklikdə fəaliyyət göstərəcəyi təqdirdə, İran məsələsi Aİ ilə Rusiyanın ABŞ-la müxalif mövqeyə gəlməsində yeganə problem olmayacaq. Bununla bərabər, Moqreni qeyd edir ki, Aİ Trampın komandası ilə geniş diapozonlu əməkdaşlıq üçün hazırdır, çünki Brüssellə və Vaşinqton arasında ümumi maraqlar var.
Aİ və ABŞ-ın sıx əməkdaşlıq etməsini qaçılmaz edən ümumi maraqlardan danışarkən, Moqerini terrorçuluqla mübarizəni, aparıcı bölgələrdə böhranın aradan qaldırılmasını və miqrant qaçaqmalçılığı ilə mübarizəni önə çəkib.


Şərhlər