AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin Yaponiyaya rəsmi səfərə gəlməsi bu ölkədə müəyyən özünəməxsusluqla qarşılanıb. Belə ki, bu gün Naqato şəhərinin bütün məktəblərində şagirdlərə rus borşu və «pirojki»ləri verilir. Xəbəri «İnterfaks» agentliyi yayıb.
Məlum olduğu kimi bu gün Naqatoda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Yaponiyanın Baş naziri Sindzo Abe arasında danışıqlar olacaq. «NHK» telekanalının məlumatına görə, Rusiyanın nümayəndə heyəti Yaponiyaya gecikməklə gəlib.

Şərhlər