Menu

Rusiyalılar ən çox orduya inam bəsləyir

15.12.2016, 20:04

RuslarAzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, rusiyalıların ən az inam bəslədiyi ictimai institut siyasi müxalifətdir.

Ölkə boyu aparılmış sorğunun nəticələri göstərib ki, ictimai institutlar arasında rusiyalıların ən çox inam bəslədiyi və dəstəklədiyi ünvan ordu (87 faiz) və rus pravoslav kilsəsidir (72 faiz).

Bunların ardınca reytinqdə kütləvi informasiya vasitələri (65 faiz), hüquq-mühafizə orqanları (56 faiz), məhkəmə sistemi (44 faiz), İctimai palata (43 faiz) və siyasi müxalifət (35 faiz) sıralanır.

Sorğu dekabrın 11-12-də Rusiyanın 46 bölgəsinin 130 yaşayış məntəqəsində keçirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol