ADP sədri Sərdar Cəlaloğlu Moderator.az-a açıqlamasında maraqlı təkliflə çıxış edib. Partiya sədri deyib ki, Dağıstan tarixi Azərbaycan torpaqlarıdır və və bu torpaqların geri qaytarılması tələbinin səsləndirilməsi tamamilə təbiidir:
“Dağıstan 1828-ci ilə qədər Azərbaycanın ərazisi olub. Ruslar Türkmənçay müqaviləsindən sonra bu ərazini özlərinə birləşdirib. Azərbaycan Dağıstanı Rusiyadan geri istəməlidir. Bu, onun haqqıdır. Xalq bilməlidir ki, indiki Ermənistan ərazisi, Dağıstan, Basarkeçər tarixi Azərbaycan torpaqlarıdır. Bütün bu ərazilər məhz rusların məkrli siyasəti nəticəsində Azərbaycandan alınaraq başqa dövlətlərə verilib və bir hissəsi də Rusiyaya birləşdirilib”.


Şərhlər