Keçən həftə Suriyanın iki mülkü müxalifət lideri konqresmenlər və Trampın keçid komandasındakı ekspertlərlə görüşmək üçün Vaşintqtona gəliblər. Suriya müxalifətinin qarşısında duran tapşırıq - Amerikanın Suriya müqavimət qüvvələrinin müdafəsinə nə qədər ehtiyacının olmasını və eyni zamanda da, onların da bir o qədər Amerikaya ehtiyaclarının olduğunu Donald Trampa inandırmaqdan ibarət idi.
Prezident seçilənə qədər Tramp Bəşər Əsəd rejiminə müxalifətin ABŞ tərəfindən müdafiə edilməsini tez-tez tənqid edirdi. O, bildirirdi ki, ABŞ bu müqavimətin əsl təbiətinin nədən ibarət olduğunu anlamır və Əsəd rejiminin saxlanması ilə müqayisədə Suriya inqilabının uğur qazanmasının daha uyğun variant olacağına şübhə ilə yanaşır.
Tramp söz verib ki, terrorçulara qarşı mübarizədə Moskvanın tərəfini tutacaq. O, hətta deyib ki, müqavimət qüvvələrinin və şəhərin dinc əhalisinin yaşamaq uğrunda mübarizə aparmalarına baxmayaraq, Hələb artıq alınıb.
Müxalifət liderləri ABŞ-ın növbəti prezidentini inandırmaq istəyirlər ki, Suriyadakı müharibənin Amerika maraqlarına təhlükə təşkil etməsinin qarşısını yalnız ABŞ-ın köməyi ilə almaq mümkündür. Suriya müvəqqəti hökumətinin baş naziri Cavab Əbu Hətab deyib: ”Bizim Trampa çatdırmaq istədiyimiz fikir belədir - onun haqqında danışdığı və tanımadığı həmin müxalifət Suriya xalqıdır, Suriya sivilizasiyasıdır. Yaxşı olardı ki, o, bizi daha yaxından tanısın”.
Bu müvəqqəti hökumət Suriya müxalifəti rəhbərliyinin şaxələrindən biridir. O, Suriya ərazisində bazalaşıb və müqavimət qüvvələrinin nəzarətindəki mülkü şuralarla sıx əlaqədədir. Əgər Tramp administrasiyası Suriyanın şimalında və qərbində “İŞİD”-in əlindəki əraziləri geri almağı ciddi şəkildə arzulayırsa, onda müharibə qurtardıqdan sonra bu rayonları idarə etmək və sabitləşdirmək üçün həmin siyasi orqanlar onlara lazım gələcək.
Suriyanın şimalında “İŞİD”ə qarşı vuruşan sünnü ərəb yaraqlıları da mülkü müxalifətlə əlaqə saxlayırlar. Onların bir neçə min nəfəri Türkiyə hökumətinin təşkil etdiyi “Fərat qalxanı” missiyasında iştirak edirlər və terrorçulardan böyük ərazilər almağı bacarıblar. Əgər Tramp Türkiyənin terrorçu hesab etdiyi Suriya kürdlərinə üstünlük verməyi planlaşdırmırsa, onda “İŞİD”-in paytaxtı Rakkanın alınması üçün həmin Suriya yaraqlılarına ehtiyac duyulacaq.
Müxalifət və inqilab qüvvələrinin milli koalisiyasının baş katibi Abdel İlah Fəhəd deyib ki, Suriya müxalifəti Trampın Rusiya ilə Suriyada əməkdaşlıq planına etiraz etmir. Onun sözlərinə görə, müxalifət nümayəndələri Obama administrasiyasının nümayəndələrinin iştirakı olmadan Rusiya hökuməti ilə görüşlər keçirirlər. Fəhəd onu da əlavə edib ki, Hələbdə atəşkəs əldə olunması ilə bağlı Türkiyənin də iştirakı ilə keçirilən danışıqlar uğusuzluqla nəticələnib.
O bildirib ki, Rusiya ordusu Hələbin müxalifət tərəfindən saxlanılan kiçik bir hissəsinə amansız hücum etsə də, müxalifət münaqişənin sülh yolu ilə həll edilməsinə dair istənilən danışıqlarda iştirak etməlidir. Fəhəd qeyd edib ki, Rusiyanın və İranın Suriyadakı maraqları bir-birindən fərqlənir. Rusiya hökumətinin nümayəndələri Suriya müxalifətinə bildirib ki, İranla müqayisədə Rusiya Əsəd rejiminin saxlanılmasında daha az maraqlıdır.
Əgər ABŞ Rusiya ilə əməkdaşlıq apararaq İranı təcrid edəcəksə, onda bu, Amerikanın regiondakı müttəfiqlərinə faydalı olar. Həmçinin İsrailə və Fars körfəzi dövlətlərinə.
Fəhəd vəziyyəti belə izah edir: ”Yaxşı ki, Tramp Rusiya ilə əməkdaşlıq etməyə hazırdır. ABŞ və Rusiyanın Yaxın Şərq problemini necə həll etmək haqqında anlayışları olmalıdır. Əgər Tramp Əsədi də bu işə qatacaqsa, onda bu İranın mövqeyini xeyli dərəcədə möhkəmləndirəcək”.
Suriya müxalifəti hesab edir ki, Obama administrasiyası onlara xəyanət edib. Xeyli illər ərzində əlaqələrin qurulması üçün cəhdlərin göstərilməsinə baxmayaraq, müxalifət nümayəndələri əmindirlər ki, prezident Obama hədsiz çox söz verərək, hədsiz az iş görüb. Administrasiyanın dəyişməsi onlara ümid verir, lakin eyni zamanda da bu özü ilə bərabər yeni riskləri də gətirir.
Tramp böyük müxalifət qrupları ilə əməkdaşlıq etməkdən imtina edərək, müxalifətin Moskva tərəfindən dəstəklənən kiçik seqmentləri ilə əlaqə yarada bilər. Lakin həmin seqmentlərin yerlərdə lazımı nüfuzları yoxdur və belə olan halda onlarla bağlanacaq istənilən müqavilənin reallışdırılması sadəcə mümkün deyil.
Ekstremist sayılmayan müxalifət Tramp adminstrasiyasında özünə bir neçə tərəfdar tapıb. Milli təhlükəsizlik məsələləri üzrə gələcək müşavir Maykl Flinn Rusiya və həmçinin də sünnü-ərəb müxalifət qrupları və Türkiyə ilə əməkdaşlıq etmək istəyir. Mərkəzi Kəşfiyyat İdarəsinin gələcək direktoru Mayk Pompeo, terroristlərlə mübarizə aparmaqdan və Əsədə təzyiq göstərməkdən ötrü Suriya müqavimət qüvvələri ilə dəfələrlə əməkdaşlığa çağırıb.
Suriya müxalifətinin seçilmiş prezident Donald Trampı ABŞ-ın milli maraqları naminə onlarla əməkdaşlıq etməsinin vacibliyinə inandırmaq şansı var. Bəs, əgər imtina edərsə?
Hətab və Fəhad cavab verdilər ki, onlar və Suriya xalqı vuruşmağa davam edəcəklər, amma ABŞ-ın müdafiəsi olmadan.
(The Washington Post)


Şərhlər